Növbəti tədbirimizin qonağı BestComp Group şirkətinin Layihə koordinatoru Asiya Rustamova olacaq. Asiya xanım iqtisadiyyat, beynəlxalq biznes və agile layihələr üzrə ixtisası olan bir ekspertdir. Həmçinin, Asiya Lean Six Sigma Yellow Belt sertifikasiyasının sahibidir ki, bu onun prosesləri təkmilləşdirmək və yenilik gətirmək üçün Lean prinsiplərini tətbiq etməsində, proses sənədlərinin hazırlanması və proses inkişafının idarə edilməsi sahələrində çox güclü bir mütəxəssis olduğunu göstərir. Asiya xanım bizə CRM - in nə olduğunu, etiraz və şikayətlərlə,problemli müştərilərlə necə işləməyi, müştəri və şirkət münasibətlərinin idarəedilməsini və müştəri məmnuniyyəti mədəniyyətini, həmçinin global şirkətlərin ilhamverici uğurları və səhvləri haqqında məlumat verəcək. Qeydiyyatdan keçməyə tələsin yerlər məhduddur!
Sunday, May 7, 2023
11:00 AM – 12:00 PM UTC