Növbəti tədbirimiz “Google Marketinq və Reklam Kampaniyaları” mövzusunda olacaq. Spikerimiz Google Marketing Nədir, Google Reklam Kampaniyaları, Performans Marketinq ilə Satışları Artırmaq, Reklam Kampaniyalarının Performans Analizi, Google Marketinq Alətləri, Dönüşüm Məqsədli Reklam Kampaniyaları, Ən Yaxşı Təcrübələr və İpucular haqqında danışacaq. 🔥 Spikerimiz isə Mirceyhun Quliyev olacaq. Mirceyhun Google Türkiyə ofisində, Google Summer School-a qəbul almış 1 aylıq Google Təlimlərində iştirak etmişdir. Google Summer School-u bitirdikdən sonra, Google'da (Dome Istanbul) layihəsində 100.000-lərlə insanın arasından seçilərək 6 aylıq təcrübə proqramı qazanmışdır və Google'ın bir çox layihəsində işləmək fürsəti qazanmışdır. Google-daki təcrübə proqramının ardından, Google-dan aldığı referans ilə Türkiyənin ən böyük Google Premier Partner şirkətlərindən olan Destex Digital - agentliyində 1 il müddətinə işləmişdir. Ardından Google-dan (Support Team - İnbound) komandasına qatılmaq üçün iş təklifi almışdır. Bərabərində qurucusu olduğu, Türkiyə mərkəzli 360AdWorks LLC™ Google Premier Partner şirkəti üzərindən qlobal olaraq 200+, Azərbaycan üzərindən 50+ şirkətə rəqəmsal marketinq və marketing xidmətləri göstərmişdir. Artıq 5 ildir ki, 360AdWorks şirkətinin və Googleacademy-nin qurucusu olaraq fəaliyyətini davam etdirir. 🎟️ Əgər sizdə öz karyeranızı bu sahə üzrə qurmaq istəyirsinizsə qeydiyyatdan keçməyə tələsin!
Founder & CMO
360AdWorks
Sunday, September 17, 2023
10:00 AM – 11:15 AM UTC